Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
09:26 - 23 Noyabr 2024
Türkiyədə Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgül vəzifələrindən uzaqlaşdırılıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi sosial şəbəkədə açıqlama yayıb.
Bildirilib ki, Tunceli Respublika Prokurorluğu tərəfindən Konak və Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə ayrı-ayrılıqda cinayət işi açılıb.
Tunceli 1-ci Ağır Cəza Məhkəməsində keçirilən ayrı-ayrı iclaslarda Konak və Sarıgülün hər biri 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərin xaricə çıxışı da qadağan edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin