Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
14:36 - 13 Noyabr 2021
Yunanıstan parlamenti koronavirusla bağlı saxta (feyk) xəbərlər yayanların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Manşet.az xəbər verir ki, yeni qanun “vətəndaşlarda narahatlıq və ya qorxu yarada bilən, cəmiyyətin ölkə iqtisadiyyatına, müdafiəsinə, ictimai səhiyyəsinə inamını sarsıdan” yalan xəbərlərə görə 3 aydan 5 ilədək həbs cəzası və pul cəriməsini nəzərdə tutur.
Bir çox media nümayəndələri və hüquqşünaslar bunu ölkədə söz və ifadə azadlığına məhdudiyyət kimi qəbul edib.
Xatırladaq ki, indiyədək ölkədə ümumiyyətlə, yalan xəbərlər yaymağa görə 10 gündən 3 ilədək həbs cəzası, yaxud pul cəriməsi nəzərdə tutulurdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin