"Rusiya Şimali Koreyaya bir milyon barel neft verdi"

13:09 - 22 Noyabr 2024

Bu ilin martından Rusiya Şimali Koreyaya 1 milyon bareldən çox neft göndərib.

 

Manset.az bu barədə "BBC Russian"-a istinadən xəbər verir.

Analitiklərin fikrincə, son səkkiz ay ərzində ondan çox Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki neft terminalı ilə öz limanları arasında 43 səfər edib. Tankerlərin peykdən çəkilmiş görüntüləri bu tankerlərin Rusiyaya boş getdiyini və yüklə geri qayıtdığını göstərir.

Mənbələr qeyd edir ki, ilk transfer 7 mart 2024-cü ildə baş tutub.Son uçuş isə noyabrın 5-də, Şimali Koreya qoşunlarının Kursk bölgəsinə göndərilməsi artıq məlum olanda qeydə alınıb.

 


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin