Azərbaycanda sabah iş günüdür?
22 Noyabr 2024
12:54 - 22 Noyabr 2024
Ukraynada artan eskalasiya və nüvə qarşıdurması təhlükəsinin artması fonunda ABŞ və Rusiya nüvə münaqişəsinə hazır olduqları barədə bəyanatlar veriblər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Strateji Komandanlığının nümayəndəsi kontr-admiral Tomas Byukananın Amerikanın qlobal liderliyinin qorunub saxlanılması şərti ilə nüvə zərbələri mübadiləsinə hazır olduğunu deməsindən sonra Moskva nüvə silahları ilə bağlı “təxribat xarakterli” bəyanatlardan çəkinməyə çağırıb.
“Rusiya belə bir münaqişənin qarşısını almaq üçün hər cür səy göstərmək baxımından məsuliyyətli mövqe tutur. Biz gözləyirik ki, digər ölkələr də təxribat xarakterli hərəkətlərə yol vermədən eyni məsuliyyətli mövqe tutacaqlar”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bəyanatların mübadiləsi noyabrın 19-da təsdiq edilmiş Rusiya nüvə doktrinasının yenilənməsi fonunda baş verir. Sənəddə qeyd olunub ki, nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiyaya qarşı təcavüz birgə hücum kimi qiymətləndiriləcək, baxmayaraq ki, nüvə silahından istifadə son çarə kimi göstərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin