Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir - İstefaya göndərilir

12:35 - 22 Noyabr 2024

Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir - İstefaya göndərilir

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş rəhbərlik etdiyi komandanın Millətlər Liqasındakı fiaskosundan sonra istefaya göndərilə bilər.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, tarixinin ən pis qrup turnirini keçirən və yekun nəticədə D Liqasına yuvarlanan yığmanın uğursuzluğu AFFA rəhbərliyini narahat edib. Federasiyanın prezidenti Rövşən Nəcəf uğursuz nəticədən əlavə, gələcək üçün heç bir ümid verməyən komandanın durumundan narahat olmağa başlayıb. Estoniya (0:0) və İsveçlə (0:6) görüşlərə qədər 70 yaşlı portuqaliyalı mütəxəssisi postunda saxlamağı planlaşdıran və ona DÇ-2026-nın seçmə mərhələ oyunlarında şans verməyi düşünən federasiya rəhbəri tənqidlərdən və narazılıqlardan bezərək fikrini dəyişməyə başlayıb.

Məlumata görə, Rövşən Nəcəf Millətlər Liqasındakı çıxışla bağlı Fernandu Santuşdan hesabat istəyib. Portuqaliyalı məşqçi hesabatı yaxın günlərdə şəxsən Azərbaycan futboluna cavabdeh olan şəxsə təqdim edəcək.

Görüşün bu günlərdə və ya yeni iş həftəsinin əvvəlində baş tutma ehtimalı var. Məhz həmin toplantıda Santuşun gələcəyinə aydınlıq gələcək.

Görüş zamanı baş məşqçi ilə yolların ayrılması müzakirə olunacaq. Bu məsələdə ən böyük əngəl Fernandu Santuşun müqaviləsindəki yüksək təzminat məbləğidir. Uğursuzluq fonunda portuqaliyalıdan kompensasiyanın azaldılması da istənilə bilər.

Qeyd edək ki, bu ilin yayında Fernadu Santuşla AFFA arasında 3+1 illik müqavilə imzalanıb.


Digər xəbərlər

Волочкова обернула в скандал свадьбу дочки
Михаила Ефремова настигла жуткая болезнь: что его ждет?
Почему Хиросима цветет, а Чернобыль мертв спустя годы
На Алтае ученики нашли тело своей учительницы в яме
Животных в Европе кормят этим, а мы ставим на стол: нельзя
Чего: Банки России ошарашили граждан новым введением.
Как так вышло, что порт в Иране взорвался: СМИ
Как погода весной преподнесет еще больше неприятностей
Майские выходные не понравятся всем по этой причине: читать
В деле по убийстве 9 человек появились новые детали: как так

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Михаила Ефремова настигла жуткая болезнь: что его ждет?
xidmet.tv
Волочкова обернула в скандал свадьбу дочки