Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
22 Noyabr 2024
12:03 - 22 Noyabr 2024
Rusiya prezidenti Vladimir Putin Ukraynada hər hansı bir təcavüzkar addım atılması halında "Oreşnik" raket sistemləri ilə hədəfləri məhv edəcəklərini bildirib. Həmçinin, təhlükəli zonalarda yaşayan dost ölkələrin vətəndaşlarından bölgəni tərk etmələrini xahiş edəcəklərini vurğulayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putin, Rusiyanın belə bir əməliyyatı qorxmadan həyata keçirəcəyini söyləyib:
“Bunun səbəbi, hazırda bu cür raketlərə qarşı heç bir müdafiə sisteminin olmamasıdır. Raketlər saniyədə 2,5-3 kilometr sürətlə hərəkət edir və dünya üzrə müasir hava hücumundan müdafiə sistemləri, habelə ABŞ-ın Avropada yerləşdirdiyi HHM sistemləri belə bu raketləri dayandıra bilmir.”
Prezident daha sonra beynəlxalq təhlükəsizlik məsələsində ABŞ-ni günahlandıraraq, “Beynəlxalq təhlükəsizlik sistemini Rusiya yox, ABŞ məhv edib. ABŞ, öz hegemonluğuna yapışaraq dünyanı qlobal münaqişəyə sürükləyir”, – deyə əlavə edib.
Putin eyni zamanda, mübahisəli məsələlərin sülh yolu ilə həllinə hazır olduqlarını, lakin hər hansı bir qarşıdurmaya da hazırlıqlı olduqlarını vurğulayıb.
Qərb mətbuatının məlumatına görə, Rusiya dünən ilk dəfə Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib. Nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu tip raket, konvensional başlıqla istifadə olunaraq Putin tərəfindən Qərbə nüvə zərbəsi mesajı göndərilib.
Bir gün əvvəl isə Ukrayna, Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini "Storm Shadow" uzaqmənzilli raketləri ilə hədəfə alıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin