Mahir Emrelidən peşəkar assist - VİDEO
22 Noyabr 2024
11:11 - 22 Noyabr 2024
Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, "İstiqlal" snayper tüfəngi döyüş əməliyyatlarında uğurla istifadə olunub:
"Silahın satışı məhduddur və məhdud ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin