Nuran Abdullayevə vəzifə verildi

16:33 - 21 Noyabr 2024

Nuran Abdullayevə vəzifə verildi

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutuna yeni rəhbər təyin olunub.

 

Manset.az Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə tədqiqatçı professor, tibb elmləri doktoru Nuran Abdullayevə gətirilib.

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bir müddətdir AzTU-da tədqiqatçı professor olaraq fəaliyyət göstərir.

O, Data mühəndisliyinin inkişafı və Süni intellekt həllərinin yaradılması istiqamətində tədqiqatların formalaşması və kadr hazırlığı, xüsusilə bu sahədə doktorantlara elmi rəhbərlik etməklə tədqiqat məktəbinin təşkilinə dəstək verir.

Yeni rəhbəri kollektivə təqdim edən AzTU-nun rektoru Vilayət Vəliyev Biotibbi Mühəndislik İnstitutunun apardığı tədqiqatların səhiyyədə Data elminin və Süni intellekt həllərinin inkişaf etdirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə mühüm töhfələr verəcəyini bildirib.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin