"Ukrayna Baydendən "Tomaqavk"u tələb edə bilər"

15:45 - 21 Noyabr 2024

Ukrayna ABŞ Prezidenti Co Bayden administrasiyasından Rusiya ərazisinə hücumlar üçün Amerikanın “Tomaqavk” raketlərinin istifadəsinə icazə verməsini xahiş etməyə başlaya bilər.

 

Manset.az xəbər verir ki, bu barədə "Politico” qəzeti Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernevə istinadən yazır. Müəlliflərin fikrincə, Ukrayna hakimiyyəti respublikaçı Donald Trampın andiçmə mərasimindən əvvəl Amerika silahlarından istifadə etmək istəyir.

Qeyd olunur ki, Kiyevdə belə sursatların olması barədə təsdiqlənmiş məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin son 24 saat ərzində Britaniyanın iki “Storm Shadow” qanadlı raketini vurduğunu bildirib. Amerikanın 6 "HIMARS" raketi və 67 təyyarə tipli dron da məhv edilib.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin