General Aydın Qasımovun oğlu yüksək vəzifəyə getdi - YENİLƏNİB

15:36 - 21 Noyabr 2024

General Aydın Qasımovun oğlu yüksək vəzifəyə getdi - YENİLƏNİB

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.

Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Xatırladaq ki, Aydın Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

***

Manset.az Qafqazinfo-ya istinadən bildirir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qurumun ştatında Penitensiar Xidmətin rəisinin müşaviri vəzifəsi yoxdur: “Rauf Qasımzadə Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi vəzifəsinə təyin edilib”.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin