Fermerlərə güzəştlər ediləcək - Nazir açıqladı
20 Noyabr 2024
18:27 - 20 Noyabr 2024
Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin rəhbər heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Manset.az xəbər verir ki, universitetlə tanış olan qonaqlar – Birləşmiş Ərəb Əmirlikləri Universitetinin prorektoru, professor Ahmed Ali Al Raeesi və həmin universitetin Kənd təsərrüfatı və baytarlıq fakültəsinin dekanı Dr. Mohammed Alyafei ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüblər.
ADNSU-nun prorektorlarının da iştirak etdiyi görüşdə iki ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələri müzakirə edilib. Belə ki, tərəflər arasında tələbə-müəllim mübadiləsi və birgə elmi layihələrin icrası, beynəlxalq reytinq bazalarında təmsil olunma, təhsil təcrübəsinin bölüşdürülməsi kimi məsələlərdən bəhs olunub, müştərək icra ediləcək layihələrin uğurlu olacağına əminlik ifadə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin