İran xam neftini Çinə daşıyan GİZLİ neftdaşıma mərkəzi üzə çıxdı - ŞOK FAKTLAR
20 Noyabr 2024
15:15 - 20 Noyabr 2024
Bakıda COP29 çərçivəsində Mavi zonada təşkil olunan Türkiyə pavilyonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında görüş olub.
Manset.az xəbər verir ki, görüşdə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri, su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb.
Əlavə olaraq, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin