ABŞ Kiyevdəki səfirliyini bağladı

15:11 - 20 Noyabr 2024

ABŞ Kiyevdəki səfirliyini bağladı

ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də mümkün genişmiqyaslı hava hücumu ilə bağlı məlumat fonunda işini dayandırıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mənbələr qeyd edir ki, ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də potensial irimiqyaslı hava hücumu ilə bağlı konkret məlumat alıb.

"Səfirlik bağlı qalacaq və ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı halında dərhal sığınmağa hazır olmalarını tövsiyə edir" - ABŞ rəsmiləri qeyd edib.

 


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin