Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
09:45 - 13 Noyabr 2021
Azərbaycan millisində baş məşqçi postu türkiyəli Samet Aybabaya tapşırılacaq.
Manset.az xəbər verir ki, belə bir iddia ilə Türkiyənin "Milliyet" qəzeti çıxış edib.
Nəşr 66 yaşlı mütəxəssislə danışıqlar aparıldığını və böyük ölçüdə razılığın əldə olunduğunu yazıb.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə məlumatın həqiqəti əks etdirmədiyini söyləyib. O, "Report"a açıqlamasında milli assosiasiyanın Aybaba ilə nəinki anlaşdığını, heç onunla danışıq belə aparmadığını vurğulayıb.
Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin