Ukrayna Azərbaycana təşəkkür etdi

21:05 - 19 Noyabr 2024

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna minaların təmizlənməsində göstərdiyi yardıma görə Azərbaycana minnətdardır.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk mətbuat konfransı zamanı bildirib.

“Minalardan təmizləmə və enerji infrastrukturunun bərpası məsələlərində Ukraynaya göstərdiyi böyük dəstəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim”, - o deyib.

Nazir qeyd edib ki, hazırda Ukraynada 174 min kv.km. ərazi minalanıb.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin