Energetika naziri OPEC-in Baş katibi ilə görüşdü

20:28 - 19 Noyabr 2024

Energetika naziri OPEC-in Baş katibi ilə görüşdü

Energetika naziri Pərviz Şahbazovun Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşü olub.

 

Manset.az xəbər verir ki, görüşdə Baş katib Haysam Əl-Qays Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçirilən tədbirlərdə iştirakından bəhs edib. Həmçinin Baş katib qeyd edib ki, Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır.

Görüşdə enerji bazarındakı qlobal trendlərdən, neft sənayesinin perspektivlərindən, “təmiz enerji”yə nail olmaq üçün emissiyaların azaldılmasından və yeni texnologiyaların tətbiqində investisiyaların əhəmiyyətindən danışılıb. “OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyi bərpaolunan enerji layihələrinin və bu əməkdaşlıq əlaqələrinin yaşıl enerji tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Bu xüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bərpaolunan enerji layihələrində iştirakı qeyd edilib.

Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqların davam etdirilməsinin vacibliyi ifadə olunub.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin