Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
17:01 - 19 Noyabr 2024
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun ölkə ərazisinə ABŞ istehsalı ATACMS raketləri ilə zərbə endirməsini təsdiqləyib.
Manset.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu gecə Bryansk vilayətinə sözügedən raketlərlə altı zərbə endirdiyini açıqlayıb.
Raketlərdən beşi “Pantsir” kompleksi tərəfindən zərərsizləşdirilib, daha biri isə zədələnib.
Rusiya MN raketlərin Bryanskda hərbi obyektin texniki ərazisinə düşdüyünü qeyd edib. Nəticədə yanğın baş verib: “Yanğın söndürülüb. Dağıntı və tələfat yoxdur”.
Xatırladaq ki, bu gün “RBK-Ukraina” ölkənin Müdafiə Qüvvələrindəki mənbəyə istinadən Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisinə ilk dəfə ATACMS ballistik raketləri ilə zərbə endirildiyini yazıb.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl “The New York Times” ABŞ Prezidenti Co Baydenin ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verdiyini yazıb. Bu gün isə ABŞ Dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols Baydenin Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verməsini təsdiqləyib. Bu, sözügedən məsələ barədə ilk təsdiq olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin