Büdcədən metroya 28 milyon manat subsidiya ayrılacaq

12:08 - 18 Noyabr 2024

Büdcədən metroya 28 milyon manat subsidiya ayrılacaq

Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin