Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
21:54 - 12 Noyabr 2021
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Manşet.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Avstriya yığmasını qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.
Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür. Qrupun digər matçında Norveç Finlandiyanı qəbul edir. Qarşılaşmada hələlik hesab açılmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin