Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
21:51 - 12 Noyabr 2021
ABŞ və Çin prezidentləri Cozef Bayden və Si Cinpin noyabrın 15-də videokonfrans formatında görüş keçirəcək.
Manşet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
C.Psakinin sözlərinə görə, liderlər ölkələrarası rəqabətə necə məsuliyyətlə yanaşmağı müzakirə edəcəklər.
"Çinlə maraqlarımızın üst-üstə düşdüyü yerlərdə birgə iş yollarının müəyyənləşdirilməsi gündəmdədir”, - sözçü qeyd edib.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Amerika lideri onlayn görüş zamanı Pekinin hərbi modernləşdirmə siyasəti ilə bağlı narahatlığını açıq şəkildə çatdırmaq niyyətindədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin