Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
00:30 - 18 Noyabr 2024
Xorvatiya Türkiyədən “Bayraqdar TB2” pilotsuz təyyarələrinin partiyasını almağa hazırlaşır.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı “Breaking Defence” yayıb.
Xorvatiyanın müdafiə nazirinin sözlərinə görə, ölkə tam paket üçün 95 milyon dollar ödəyəcək.
Kəşfiyyat üçün kameraları olan altı pilotsuz təyyarə və əsas silah dəsti ilə yanaşı, paketə idarəetmə mərkəzi, iki komanda və idarəetmə məntəqəsi, simulyator və ehtiyat hissələri də daxildir.
Beləliklə, bütün lazımi köməkçi sistemlərə malik bir “Bayraqdar” Xorvatiyaya təxminən 15,8 milyon dollara başa gələcək.
Ekspertlərin fikrincə, Xorvatiya dronlardan əsasən kəşfiyyat məqsədilə istifadə edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin