Erməni sürücülər İranla sərhədi bağladı

22:00 - 17 Noyabr 2024

Erməni sürücülər İranla sərhədi bağladı

Ermənistan və İran arasındakı "Aqarak" sərhəd-keçid məntəqəsi erməni TIR sürücüləri tərəfindən bağlanıb.

 

Manset.az Axar.az-a istinadən bildirir ki, yük maşınlarının sürücüləri Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətinin İran hakimiyyəti tərəfindən kəskin artırılması qərarına qəzəbləniblər.

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönürlər.

Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin