Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
16 Noyabr 2024
21:47 - 16 Noyabr 2024
"2025-ci ildə Azərbaycanda pensiyaların artımı gözlənilir. Orta aylıq pensiya məbləği 50 manat yüksələrək 516 manata çatacaq".
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov pensiyalarda ediləcək artımla bağlı açıqlama verərkən bildirib. O, maaş, pensiya və sosial ödənişlərdə gözlənilən dəyişikliklərlə bağlı fikirlərini belə ifadə edib:
"2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu artım ölkə üzrə orta aylıq pensiya məbləğinin yüksəlməsi ilə əlaqədardır. Hazırda artımlarla bağlı işlər demək olar ki, yekunlaşıb. Minimum pensiya və maaşların artırılması barədə ölkə başçısının göstərişi var və bu istiqamətdə proseslər başa çatmaq üzrədir".
Deputat həmçinin qeyd edib ki, artımlar inflyasiyaya deyil, orta aylıq əmək haqqı artımına əsaslanacaq: "Bütün növ əmək pensiyalarında artım olacaq. İndeksləşdirmə mexanizmi tətbiq ediləcək və pensiyalar orta əmək haqqı artım faizinə uyğun artırılacaq".
Məlumata görə, artımlarla bağlı yekun qərar dövlət büdcəsinin təsdiqlənməsi və müvafiq sərəncamın imzalanması ilə rəsmiləşəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin