Prezident İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verdi

16:54 - 16 Noyabr 2024

Prezident İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verdi

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, başsağlığında deyilir:

“Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin