General Aydın Qasımovun oğlu yüksək vəzifəyə getdi - YENİLƏNİB
21 Noyabr 2024
15:25 - 14 Noyabr 2024
Bakıda kişi hamilə arvadını xəstəxanada tərk edib.
Manset.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı səhifəsi sosial şəbəkələrdə məlumat paylaşılıb.
Paylaşımda deyilir ki, hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər, orada onu tərk edərək qaçıb:
“ Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri götürməsini gözləyir. Daha sonra həyat yoldaşı ona pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib və öz başının çarəsinə baxmasını məsləhət görüb”.
Məsələ ilə bağlı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri sədri Mehriban Zeynalova ilə əlaqə saxladıq. O, məlumatı təsdiqləyib:
"Qadın 6 aylıq hamilə olduğunu bildirmişdi. Əslində isə 24 həftəlik hamilədir. 11-ci sinifi bitirsə də, yazı yaza bilmir. Xanımda əqli gerilik müşahidə olunur. Təəssüf ki, hələ onunla normal ünsiyyət qurmaq mümkün deyil. Tam adaptasiya olmadığı üçün danışmaqdan çəkinir. Hələ də gözləyir ki, yoldaşı gəlib onu aparacaq. Dediyinə görə, ona söz verib. Biz onların rəsmi nikahının olub-olmadığını dəqiqləşdirməyə çalışırıq. Xanım bundan öncə də hamilə olub, amma uşaq bətnində tələf olub. Hazırda biz ona əlimizdən gələn qədər yardım etməyə çalışırıq".
Qeyd edək ki, qadının 32 yaşı var, öz valideynləri və bəyin ailəsi onu qəbul etmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin