300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
16:38 - 14 Noyabr 2024
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Xalq artistinin tərcümeyi halını səsləndirib. O, hüquqlarının müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.
Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.
Ağadadaş Ağayev jurnalistlərin sualların cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də, prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq "hər şey ola bilər" - deyib.
Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.
"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də, iş ibtidai istintaqa qaytarılmalıdır", - vəkil bildirib.
Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.
Müşavirədən sonra hakim vəsatətini təmin etməyib.
Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
***
15:18
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.
Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.
Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.
Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir.
Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin