Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
14:10 - 14 Noyabr 2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Azərsun Holdinq” pavilyonuna baş çəkib.
Manset.az-ın məlumatına görə, Leyla xanıma pavilyon daxilində təqdim olunan innovativ həllər və yeni süni intellekt layihələri olan ECONAR və ECO19-la bağlı məlumat verilib.
Daha sonra “Azerçay”ın xüsusi hədiyyə dəsti təqdim olunub.
Artıq bir neçə gündür davam edən layihə çərçivəsində COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşı "Azərsun Holdinq" Yaşıl zonada yerləşən pavilyonunda ziyarətçiləri qəbul edir.
Media nümayəndələri və müxtəlif şirkətlərin əməkdaşları pavilyon daxilində keçirilən tədbirdə müzakirələrə qoşulurlar.
Mövzular əsas etibarilə ilə süni intellekt və təkrar emal, sağlam həyat ilə bağlı olur.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir.
Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin