Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
11:40 - 26 İyun 2021
İyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Manset.az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin