Rusiya Türkiyəyə idxal qadağası qoydu

20:44 - 13 Noyabr 2024

Rusiya Türkiyəyə idxal qadağası qoydu

2024-cü il noyabrın 12-dən Rusiya Türkiyənin Konya vilayətinin inzibati ərazisindən quş əti və yumurtanın idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

 

Manset.az Axar.az-a istinadla xəbər verir ki, müvafiq sənəd “Rosselxoznadzor”un saytında dərc olunub.

Bildirilib ki, Türkiyədə yüksək patogenli quş qripi viruslarına yoluxma ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən Konyadan diri quş, inkubasiya və qida yumurtaları, quş əti, bütün növ quş əti məhsullarının Rusiyaya idxalı qadağan edilib.

Bundan əlavə, quşçuluq üçün yem və yem əlavələrinə (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez edilmiş yem və yem əlavələri istisna olmaqla) müvəqqəti məhdudiyyətlər qoyulub.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin