"Azərbaycan COP29-un uğurla keçirilməsi üçün əlindən gələni əsirgəmir" - Yapon nazir müavini

17:26 - 13 Noyabr 2024

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransında (COP29) iştirak edən ölkələrin vahid qlobal məqsədi iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin həyata keçirilməsidir”.

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında Yaponiyanın qlobal ətraf mühit məsələləri nazirinin müavini Yutaka Matsuzava deyib.

O əlavə edib ki, Azərbaycan bu konfransın uğurla həyata keçirilməsi üçün əlindən gələni əsirgəmir:

“Bu, qlobal iqlim dəyişikliyi ilə mübarizə aparmaq və 1,5°C hədəfinə nail olmaq üçün çox yaxşı bir fürsətdir. Hazırda iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransında (COP29) iştirak edən ölkələrin vahid qlobal məqsədidir. COP29 eyni zamanda birgə fəaliyyət üçün çox yaxşı bir fürsətdir. Azərbaycan bu konfransın uğurla həyata keçirilməsi üçün əlindən gələni əsirgəmir. Bu baxımdan mən Azərbaycan hökumətinin fəaliyyətini yüksək qiymətləndirirəm. Mən eyni zamanda inanıram ki, burada iştirak edən ölkələr konfransın yekun sənədini razılaşdırmağa nail ola biləcəklər”.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin