Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
14:14 - 13 Noyabr 2024
“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyevə (Müşfiq Xan) məxsus ev yanıb.
Manset.az xəbər verir ki, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.
Hadisə zamanı Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Ev bütün əşyaları ilə külə dönüb, ev sahibləri xəsarət almayıb.
Qeyd olunur ki, "Mücrü" nəşriyyatının anbarı da evdə yerləşib. Yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub, nəşriyyata külli miqdarda ziyan dəyib.
Həmin vaxt Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Xoşbəxtlikdən vaxtında müdaxilə edərək ailəsini evdən çıxara bilib, heç biri xəsarət almayıb. Amma ev bütün əşyaları ilə birgə külə dönüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin