Tramp İlon Maska vəzifə verdi

09:34 - 13 Noyabr 2024

Tramp İlon Maska vəzifə verdi

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskı və ictimai fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə təyin edib.


Manset.az xəbər verir ki, bu barədə Trampın özü məlumat yayıb.

O, "hökumət bürokratiyası" ilə mübarizəni davam etdirəcəklərini, lazımsız qaydaları ixtisar edəcəklərini və federal agentliklərin yenidən qurulmasına kömək edəcəklərini və onların xərclərini" azaldacaqlarını söyləyib.

“Bu, sistem və dövlət vəsaitlərinin israf edilməsində iştirak edən hər kəs üçün şok yaradacaq", - Tramp bəyan edib.

Qeyd edək ki, yeni departamentin adı "Dogecoin" (DOGE) kriptovalyutası ilə bağlıdır.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin