Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
23:20 - 12 Noyabr 2024
Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik”.
Manset.az xəbər verir ki, bunu noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
Birinci xanım qeyd edib ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib:
“Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.
Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.
Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var.
Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.
Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.
Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər.
Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.
Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.
Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur.
Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyaların aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəyinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.
Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.
Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin