70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024
23:12 - 12 Noyabr 2024
Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentliyə (hava burulğanı - red) düşüb.
Manset.az Report-a mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb. Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.
Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib. “Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin