Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
19:57 - 12 Noyabr 2024
COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir.
Manset.az xəbər verir ki, bu sözləri COP29-da iştirak edən Britaniyanın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Böyük Britaniya 2035-ci ilə qədər emissiyaları 81 faiz azaltmağı hədəfləyir. O, iqlim böhranına qarşı mübarizənin milli təhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb. Baş nazir deyib ki, iqlim təhlükəsizliyi olmadan milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qlobal təhlükəsizlik mümkün deyil.
“Buna görə də biz bu COP-da bütün tərəfləri yenidən öz iddialı hədəflərini irəli sürməyə çağırmaq fürsətini dəyərləndirdik”,- deyə Kir Starmer qeyd edib.
Kir Starmer deyib ki, iqlim tədbirləri investisiya, daha yaxşı iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsətdir. Baş nazir əlavə edib ki, bu, gələcək onilliklər ərzində bütün xalqların rifahını təmin etmək imkanıdır. O deyib ki, bunlar Böyük Britaniya hökumətinin maraqlandığı məsələlərdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin