Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
21:47 - 11 Noyabr 2024
Gürcüstanın paytaxtı Tbilisidə müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı parlament binası yaxınlığında növbəti dəfə aksiya keçirirlər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, etirazçılar artıq Rustaveli prospektində nəqliyyatın hərəkətini bağlayıblar. Onların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarının olduğu bildirilir.
Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin