“Beşiktaş” – “Makkabi” oyunu bu ölkədə keçiriləcək

21:04 - 11 Noyabr 2024

“Beşiktaş” – “Makkabi” oyunu bu ölkədə keçiriləcək

UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək V tur oyununun yeri açıqlanıb.

 

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində təşkil olunacaq. Matç noyabrın 28-də keçiriləcək.

Avropa futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin