İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edildi

20:28 - 11 Noyabr 2024

İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edildi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edilib.

 

Manset.az xəbər verir ki, bu barədə qərar konfrasın ilk günündə qəbul olunub.

Səsvermə gündəliyin hər bir müddəası üzrə ayrı-ayrılıqda həyata keçirilib.

Əvvəlcə COP29-un Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev gündəliyi elan edib.

"Biz burada aparılan bütün müzakirələr barədə ətraflı məlumat verəcəyik. Əldə etdiyimiz bütün razılaşmalar haqqında gündəlik olaraq mətbuata məlumat veriləcək. 15-ci maddənin, eləcə də Rusiyanın, eləcə də Papua və Yeni Qvineyanın təkliflərinin müzakirəsi də gündəmdədir. Mən təklif edirəm ki, konfransın gündəliyi təsdiq edilsin. Etrazlar yoxdur, gündəlik təsdiq edilib".

Daha sonra UNFCCC-nin və Kyoto Protokolunun İdarə Heyətinə üzvlüyə namizədlər müəyyənləşib.

M. Babayev Kyoto Protokolu və Paris İqlim Razılaşmasının İdarə Heyətinin seçilməsi üzrə məsləhətləşmələri 16 noyabr tarixinədək bitirməyi təklif edib.

İlk gündə həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasına nümayəndələrin, eləcə də bu təşkilata üzv olmayan, lakin namizədliyi irəli sürülən qeyri-hökumət təşkilatlarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin üzvü seçilməsi barədə qərarlar qəbul olunub.


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin