"COP29-da ölkələr NDC-də ambisiya göstərməlidirlər" - ÜMT-nin Baş katibi

16:10 - 11 Noyabr 2024

Bakıda keçirilən COP29 iqlim konfransında ölkələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) ambisiya nümayiş etdirməlidirlər.


Bu barədə Manset.az-a Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi Celeste Saulo bildirib.

"Bütün dünyanın burada öz rolunu oynaması lazımdır. Bu təkcə qlobal şimal və ya qlobal cənuba aid deyil, bu, kollektiv səydir. Buna görə də hər bir ölkənin iqlim dəyişikliyi ilə mübarizədə iştirakına ehtiyacımız var. Ümid edirik ki, inkişaf etməkdə olan dünyanın ədalətli enerji keçidinə nail olmaq üçün ehtiyac duyduğu əsas maliyyələşdirmə ilə bağlı razılıq əldə olunacaq", - o qeyd edib.

ÜMT-nin Baş katibi qlobal temperatur artımının 1,5°C səviyyəsində məhdudlaşdırılmasına nail olmaq məsələsində nikbinlik ifadə edib: "Hamımız bu məsələdə nikbin olmalıyıq, çünki bu həddin aşıldığı bir dünyada yaşamaq bizə xoş gəlməyəcək".


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin