COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:45 - 11 Noyabr 2024
Azərbaycan gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa dəvət olunub.
Manset.az xəbər verir ki, bu barədə Əl-Əzhəri Şərifin şeyxi Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
O, region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd edib. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu deyən qonaq Azərbaycanın həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla söyləyib.
Dövlət başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin