Prezidentlər görüşdü - Birgə saziş imzalandı
13 Noyabr 2024
13:05 - 11 Noyabr 2024
COP29 "Yaşıl Zona"sında "İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü" mövzusunda panel müzakirəsi keçirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşəbbüsü ilə keçirilən tədbirdə bir sıra tanınmış ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.
Qurumun İnsanlarla iş üzrə şöbəsinin direktor müavini Ebru Canan Sokullu bildirib ki, bugünkü tədbir ali təhsil müəssisələrinin tədqiqat, siyasət müzakirələri və dayanıqlılıq və ətraf mühit sahəsində liderlik mövzusunda gələcək liderlərə təlim vasitəsilə iqlim fəaliyyətinə necə təkan verə biləcəyini araşdırmaq üçün ekspertləri bir araya gətirib.
Onun sözlərinə görə, iqlim dəyişmələri qlobal miqyasda görünməmiş problemlər yaratmağa davam etdikcə ali təhsil müəssisələrinin rolu liderlərin formalaşmasında, innovasiyaların təşviqində və dayanıqlılığın təmin edilməsində getdikcə daha mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə həmçinin vurğulanıb ki, ali təhsil müəssisələri tədqiqat aparmaq, siyasət müzakirələrini təşviq etmək və iqlim dəyişmələrinin mürəkkəb problemlərini həll etməyə qadir olan gələcək liderləri hazırlamaqda ön sıralardadır.
Qeyd olunub ki, bir neçə ali təhsil müəssisəsi və BMT-yə bağlı təlim mərkəzləri ali təhsilin iqlim fəaliyyətinə necə töhfə verə biləcəyini müzakirə etmək məqsədilə düşüncə liderləri və ekspertləri bir araya toplamaq üçün unikal imkanlara malikdir.
Panel mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin