Prezidentlər görüşdü - Birgə saziş imzalandı
13 Noyabr 2024
12:16 - 11 Noyabr 2024
COP29 çərçivəsində Gənc Məruzəçilər Akademiyası (YNA) tərəfindən “Gənc liderlər forumu” təşkil olunub.
Manset.az xəbər verir ki, “YNA-nın COP29 Gənc Liderlik Forumu” müxtəlif yanaşmaların qarşılıqlı əlaqəsini, təsirlərini və bir-birini necə tamamladığını öyrənərək, nəsillərarası ədaləti təmin etmək və qlobal iqlim siyasətini yönləndirmək üçün müzakirələr, təşviqat, lobbiçilik, birbaşa fəaliyyət və digər sahələrdə fəaliyyət göstərən ən önəmli gənc iqlim liderlərini bir araya gətirib.
Tədbirdə ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj, Fələstin gənclərini COP29-da təmsil edən Məhəmməd Usrof, BMT-nin İqlim və ətraf mühit üzrə gənclərinin nümayəndəsi Siqurt Seindal Krabbe, Uqandada fəaliyyət göstərən “Yaxşı Həyat” beynəlxalq təşkilatının icraçı direktoru Denis Akampurura və digər gənclər çıxış edərək iqlim dəyişiklikləri ilə bağlı mübarizə yollarından danışıblar. Müzakirədə gənclərin səslərinin harada, necə və hansı şəkildə ən təsirli formada eşitdirə biləcəyi və uğurla iqlim tədbirləri həyata keçirilməsi imkanları araşdırılıb.
Nəzərə çatdırılıb ki, iqlim dəyişikliyinin qarşısını almaq və sıfır emissiyaya nail olmaq üçün gənclər fəal olmalı və problemi beynəlxalq təşkilatlar, milli hökumətlər qaşşısında qaldırmalıdırlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin