Azərbaycanı İƏT-in qeyri-rəsmi zirvə toplantısında səfir təmsil edəcək

10:19 - 11 Noyabr 2024

Azərbaycanı İƏT-in qeyri-rəsmi zirvə toplantısında səfir təmsil edəcək

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində iştirak edəcək.

 

Manset.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Bildirilib ki, Azərbaycanı iclasda səfir Şahin Abdullayev təmsil edəcək.

Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin