Gürcüstanda ürəksızladan hadisə: Həkim xəstə üçün canını fəda etdi

21:57 - 10 Noyabr 2024

Gürcüstanda ürəksızladan hadisə: Həkim xəstə üçün canını fəda etdi

Gürcüstanda cərrah Rostom Şvelidze mürəkkəb əməliyyat keçirərkən ölüb.

 

Manset.az Axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilib ki, Şvelidze Zestafon bələdiyyəsinin Tsiplavake kəndindən olan, qonşusu ilə mübahisə zəminində ov tüfəngi ilə yaralanan gəncin həyatını xilas etməyə çalışıb. Əməliyyat 8 saat davam edib.

Əməliyyat zamanı həkimin vəziyyəti pisləşib, buna baxmayaraq, o, gəncin həyatını xilas etmək üçün mübarizəsini dayandırmayıb. Nəticədə həkim əməliyyatı apararkən dünyasını dəyişib.

Məlumata görə, həkim dünyasını dəyişdikdən sonra xəstəni də xilas etmək mümkün olmayıb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin