DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını aldı

14:05 - 10 Noyabr 2024

DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını aldı

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

 

Manset.az xəbər verir ki, DİN "X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

“Yolun kənarında aşkarlanan bağlama qida təchizatı ilə məşğul olan şirkətlərdən birinə aiddir”, - DİN-dən bildirilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin