“Qarabağ”da ciddi itki - "Lion”la matçda olmayacaq
21 Noyabr 2024
10:32 - 10 Noyabr 2024
Hər il olduğu kimi, bu il də Rusiyanın Yaroslavl şəhərində “Novaya Pesnya” adlı milli müsabiqə təşkil olunub.
Manset.az xəbər verir ki, Azərbaycanı müsabiqədə həmyerlimiz, vətənpərvər, rok, şanson mahnıların ifaçısı və müəllifi Rəşad İsmayıl təmsil edib.
Ötən il Rəşad İsmayılın “Provinsialka" adlı bəstəsi "Novaya Pesnya” radiosunun rotasiyasına daxil edilmişdi. Mahnı həm Yaroslavlda, həm də Rusiyanın digər bölgələrində məşhurlaşaraq ən yaxşı iyirmi bəstəyə daxil olunub.
Bundan sonra azərbaycanlı sənətçi Yaroslavlda qala-konsertə dəvət alıb. Rəşad İsmayılın ifasında “Devçonka Volnaya” (müəllif Zamira Jaboyeva-Xusinova) adlı mahnı ən çox səs toplayan mahnılar siyahısına daxil edilib.
Daha sonra sənətçi “Rus mahnılarını ifa edən ən yaxşı xarici müəllif ifaçısı” nominasiyasında birinci yeri tutub. Onun “Devçonka Volnaya” mahnısı isə "Şanson" nominasiyasında ikinci yeri qazanıb.
Müğənninin özü isə "İkinci dərəcəli laureat" adına layiq görülüb.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin məşhur siması Anastasiya Bubnova müsabiqədən bir ay öncə Rəşad İsmayıla onunla duet oxumağı təklif etmişdi.
Konsert günü onlar gözlənilmədən səhnəyə çıxaraq Anastasiya Bubnovanın müəllifi olduğu “Veter Brodyaqa” mahnısını ifa ediblər.
Bu ifa tamaşaçılar tərəfindən çox sevilib. Onlar "bir daha" qışqıraraq mahnının yenidən səslənməsini istəyiblər.
Yekunda bütün laureatlar “ Novaya Pesnya” müsabiqəsinin himnini (müəllif Vladimir Çe) ifa etmək üçün səhnəyə dəvət olunub. Eyni zamanda bütün region dövlətlərin bayraqları və onlarla bərabər Azərbaycan bayrağı səhnədə dalğalanıb.
Rəşad İsmayıl qələbəsini bu sözlərlə ifadə edib:
"Bayrağımızı ölkədən kənarda dalğalandırmaq mənim üçün çox şərəfli və məsuliyyətli hissdir. Bu qələbə 8 noyabr - Zəfər Günü ölkəm üçün qazandığım qələbədir!”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin