Bu evlərin günlük qiyməti qalxdı

00:30 - 10 Noyabr 2024

Bu evlərin günlük qiyməti qalxdı

Bayram tətili ilə əlaqədar bölgələrdə günlük kirayə evlərə tələbat artıb...

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, Zaqatalada günlük kirayə ev bazarında canlanma müşahidə olunur. Turizm kəndi hesab olunan Carda hazırda boş ev tapmaq mümkün deyil. Qiymətlərə gəldikdə isə şəraitindən və adam sayından asılı olaraq günlük 30 manatdan 100 manata qədər dəyişir.

Lakin rayon mərkəzi və mərkəzə yaxın kəndlərdə durğunluq yaşanır. Burada da günlük kirayə qiymətləri 50-100 manat arasındadır.

Şəkiyə gələn qonaqlar da fərdi evlərdə qalmağa daha çox maraq göstərirlər. Dağətəyi ərazilərdən olan Kiş kəndində, şəhərin Dodu məhəlləsində və Yuxar Baş Qoruğu ərazisində evlərə təlabat çoxdur. Hazırda həmin evlərin kirayə qiymətlərii 30-40 faizə qədər artıb. Adi halda günü 60-70 manata olan evlər indi 100, bəzi yerlərdə hətta 120 manata kirayə verilir.

Lənkəranda günlük kirayə evlərə tələbatın artması qiymətlərə təsir edib. Ötən günlük 60-70 manata kirayə verilən evlər indi 100-120 manata təklif edilir. Rieltorlar xüsusilə dağətəyi ərazilərdəki həyət evlərinə daha çox tələbat olduğunu deyirlər.

Bu evlərdə də qiymətə ən çox təsir edən amil onun şəraiti və yerləşdiyi ərazidir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin