Avropa Komissiyasından COP29-la bağlı BƏYANAT

20:30 - 9 Noyabr 2024

Avropa Komissiyasından COP29-la bağlı BƏYANAT

Bu il müzakirələr COP28-də müəyyən edilmiş enerji keçidi məqsədlərinin gücləndirilməsinə yönəldiləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.

"Bura qalıq yanacaqlardan istifadədən tədricən imtina edilməsi, 2030-cu ilə qədər bərpa olunan enerjiyə investisiyaların üç dəfə artırılması və enerji səmərəliliyi tədbirlərinin ikiqat artırılması daxildir”, - bəyanatda vurğulanıb.

Bildirilir ki, AB qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran Paris Sazişinin məqsədinə nail olmaq üçün COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla işləyir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin