Azərbaycanlı müğənni özünü 9-cu mərtəbədən atmaq istəyib

10:28 - 26 İyun 2021

Azərbaycanlı müğənni özünü 9-cu mərtəbədən atmaq istəyib

Böyük qızımın atası məni çox döyürdü.

Manset.az Milli.Az-a istinadən xəbər verir ki, bunu müğənni Nüşabə Musayeva "Tolik ilə səmimi" verilişində deyib.

O bildirib ki, hətta bir dəfə intihara da cəhd edib:

"Onu sevirdim, yaxşı oğlan idi. Amma içki aludəçisi olduğunu bilmirdim. İçirdi, məni o qədər döyürdü ki, ağzım, burnum qan içində olurdu. Hətta bir dəfə özümü 9-cu mərtəbədən atmaq istəmişəm, hətta o dərəcədə. Çünki çönüb arxaya baxırdım ki, nə anam var, nə atam. Mən hara gedim, mən kimə sığınım. Ona nişanlı vaxtı demişdim ki, "mən sənin evinə gedirəm, mənə sahib çıx. Mənim səndən başqa heçkəsim yoxdur". O içməsəydi mənim çox yaxşı ailəm olardı".

Qeyd edək ki, Nüşabə iki dəfə ailəli olub. Hərəsindən bir övladı var.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin