Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib
13 Noyabr 2024
16:43 - 9 Noyabr 2024
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı başsağlığı verib.
Manset.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.
"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb. Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin